Uzaq məsafədən kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilən debat formatı.
Belə İ.D.-nda istifadəçilərdən biri (bir qrupu) digərinin (digər qrupun) tezislərini sürətli qısa mesajlarla təkzib edir, yaxud eyni məsələyə dair qarşılıqlı zidd fikirlərini arqumentləşdirməyə (əsaslandırmağa) çalışır.
Jurnalistika terminləri lüğətiyun. gigas – nəhəng + ing. bayt – hissə, pay
1. İnformasiyanın ölçü vahidi. □ İxtisarla GB, Gbayt kimi işarə olunur. 1 GB 230 (1.073.741.824) bayta bərabərdir.
Bu, təxminən 330 min A4 formatlı səhifə həcmində mətn deməkdir.
2. Kompüterin yaddaş tutumunu ölçmə vahidi.
Jurnalistika terminləri lüğətiMəqalənin, proqramın, çıxışın, kitabın və s.-nin əvvəlində auditoriyanı mövzuya hazırlamağa xidmət edən yönəldici hissə.
G.S.-ndə müəllifin, əsərin məramı izah edilir, materialın yaxşı və düzgün qavranılması üçün lazım olan əlavə informasiya verilir.
Jurnalistika terminləri lüğətiProqramlarının yayımını yalnız internet şəbəkələrində həyata keçirən televiziya təşkilatı.
İ.T. xüsusi yayım tezliyindən istifadə etmir, onun verilişlərini internetə qoşulmuş ən müxtəlif elektron cihazlarda proqram əlavələri vasitəsilə qəbul etmək mümkündür.
Jurnalistika terminləri lüğətilat. audio – eşidirəm
1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun səsinin yazılması.
2. Bu üsulla əldə edilmiş səsin qeydə alındığı lent, digər maddi daşıyıcı.
Adətən, hər hansı zəruri məlumatı şəxsin xəbəri və razılığı ilə əldə edə bilmədikdə və ya əlavə sübut toplamaq ehtiyacı yarandıqda G.A. həyata keçirilir. Lakin G.A.-dan istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəxsin özündən bu barədə yazılı razılıq alınmışsa, habelə kənar şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşsə; G.A. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDövri mətbu nəşrlərlə eyni funksiyaları yerinə yetirən veb-sayt. Bura internet-qəzetlər, internet-jurnallar və s. daxildir.
Onların bir çoxu məzmun və dizayn elementləri ilə mətbu nəşrlərdən az fərqlənir, lakin operativliyinə, yayım imkanlarının genişliyinə görə onları üstələyir, istifadəçilərə əlavə xidmətlər təklif edir. XXI əsrin əvvəlində dünya iqtisadi böhranından sonra bir sıra çap KİV, o cümlədən transmilli nəşrlər də yalnız elektron variantda dərc olunmağa başlayıb.
Jurnalistika terminləri lüğəti