1. Şəxsin qabaqcadan xəbəri və razılığı olmadan onun video və fotoçəkilişinin aparılması.
2. Bu üsulla əldə edilmiş təsvirin qeydə alındığı lent, digər maddi daşıyıcı.
G.Ç.-dən jurnalistikada ilk dəfə 1920-ci ildə New York Daily News qəzetinin fotoqrafı istifadə edib: o, ayağına bərkidilmiş kamera ilə edam mərasiminin şəkillərini çəkib. Həmin fotoların dərci sensasiyaya səbəb olub. Bunun ardınca oxucu diqqətini cəlb etmək və tiraj toplamaq üçün digər media qurumları da G.Ç.-dən istifadə etməyə başlayıb. Jurnalistlər G.Ç.-i hər hansı zəruri məlumatı şəxsin xəbəri və razılığı ilə əldə edə bilmədikdə və əlavə sübut toplamaq ehtiyacı yarandıqda həyata keçirirlər. Burada söhbət sənədləşdirilməsi, yaxud birbaşa əldə edilməsi mümkün olmayan, yüksək ictimai maraq kəsb edən və cəmiyyətə ciddi zərər vura bilən cinayət hadisələri, qanunsuzluqlar haqqında informasiyadan gedir. Lakin G.Ç.-dən istifadə etməyə və ya onu yaymağa yalnız iki halda yol verilir: şəxsin özündən bu barədə yazılı razılıq alınmışsa, habelə kənar şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşsə; G.Ç. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti