lat. administrator – idarəedən
1. Televiziya və radio verilişlərinin istehsalı ilə əlaqədar texniki-təşkilati işlərə rəhbərlik edən şəxs; inzibatçı.
2. Kompüter sisteminin, şəbəkənin normal fəaliyyətinə nəzarəti həyata keçirən, saytlara texniki xidmət göstərən, onları idarə edən mütəxəssis.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. advertorial < advertisement – reklam + ing. editorial – redaksiya məqaləsi
Redaksiya materialı formasında hazırlanmış reklam.
Nəşrlərdə bəzən reklamlar məqalə şəklində dərc olunur, radio və televiziyada tok-şouların bir seqmenti kimi təqdim edilir və s.
Jurnalistika terminləri lüğətifr. affiche – divara vurulmuş elan
Filmlər, tamaşalar, konsertlər, idman yarışları, digər kütləvi tədbirlər haqqında ekranda nümayiş etdirilən, yaxud divara, ictimai yerlərdə qurulmuş xüsusi lövhələrə yapışdırılan irihəcmli elan.
KİV-də A. rubrikası altında kinoteatrların, teatrların repertuarları, konsert proqramları, planlaşdırılmış mədəni tədbirlər barədə məlumatlar dərc olunur.
Jurnalistika terminləri lüğəti1. Ekranda təsvir obyektinin tamaşaçıya yaxınlaşması effekti yaratmaq üçün istifadə edilən üsul.
Buna kadrdakı obyektin tədricən böyüdülərək ön plana çəkilməsi yolu ilə nail olunur.
2. Bir səhnənin nəzərə çarpmadan, tədricən ekrandan yoxa çıxması və eyni qaydada başqa səhnə ilə əvəz olunması.
A. kadrdan-kadra montaj yolu ilə keçid üsullarından biridir.
Jurnalistika terminləri lüğətiGünortadan sonra satışa çıxarılan və abunəçilərə çatdırılan qəzetlər, yaxud gündəlik qəzetlərin axşam buraxılışları, çap mediasının bir növü.
Burada gün ərzində baş vermiş ən mühüm hadisələr işıqlandırılır, aktual və sensasion xəbərlər, birja məlumatları, nekroloqlar, təcili elanlar dərc edilir. A.Q.-ləri ilk dəfə Qərbi Avropa və Amerikada XIX əsrin əvvəllərində məhz səhər qəzetlərinin əlavələri kimi nəşr olunmağa başlanıb.
Jurnalistika terminləri lüğətiİnformasiyanı və ya sənədi indeksləşdirmək, internet-resurslarda saxlamaq, habelə tapmaq məqsədilə axtarış sisteminə sorğu vermək üçün istifadə olunan dil.
A.D. təbii dilə çox yaxın olan, yaxud onun əsasında yaradılan, işarələr və leksik vahidlərin cəmindən ibarət maşın dilidir.
Jurnalistika terminləri lüğətiŞəbəkədə informasiya axtarışı üçün nəzərdə tutulmuş texniki vasitələr və proqram təminatlarının məcmusu, kompüter sistemi.
A.S.-nin vəzifəsi istifadəçinin ona verdiyi açar sözlərə uyğun gələn sənədləri internetdə tapıb ekranda əks etdirməkdir. İnternetin yarandığı ilk illərdə A.S.-ləri əllə idarə olunurdu. Axtarışı həyata keçirmək üçün birinci kompüter proqramı “Arçi” (ing. archive – arxiv) 1990-cı ildə Kanadanın Mak-Gill (McGill) universitetinin tələbələri tərəfindən hazırlanıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMətni xüsusi diqqətlə işlənmiş, dəqiqləşdirilmiş, geniş şərh və sorğu materialları ilə təmin olunmuş əsərdən, yaxud əsərlər toplusundan ibarət nəşr.
Belə nəşrlərə klassiklərin, elm və ictimai fikir korifeylərinin əsərlərinin tam külliyyatını aid etmək olar.
Jurnalistika terminləri lüğətiing. account – hesab, qeydiyyat yazısı
Bilgisayar sistemində istifadəçini təsvir edən məlumatlar toplusu, onun şəxsi hesabı.
Resurslarda, şəbəkələrdə qeydiyyatdan keçən istifadəçi A. yaradır. Onun sadə identifikasiyasına – sistemə giriş icazəsi almasına xidmət edən loqindən fərqli olaraq A. informativlik baxımından daha zəngindir, məsələn, istifadəçinin elektron poçtu haqqında məlumatı da özündə əks etdirir. Bu, eyni elektron ünvandan bir neçə qeydiyyatın aparılmasının qarşısını alır və istifadəçinin daha dəqiq identifikasiyasına imkan yaradır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. accreder – etibar etmək
Giriş üçün müəyyən məhdudiyyətlər qoyulmuş tədbirlərdə iştirak etmək, belə ərazilərə daxil olmaq üçün media nümayəndələrinə verilən icazə.
Belə icazə jurnalistlərə birdəfəlik (məsələn, sammit, konqres, sərgi zamanı), yaxud uzun müddətə (məsələn, parlament iclasları və idman yarışlarına) verilə bilər. Dövlət orqanları, digər təşkilatlar A. olunmuş jurnalistə öz iclasları və müşavirələri və s. barədə qabaqcadan məlumat verir (qapalı tədbirlər istisna olmaqla), onun stenoqramlarla, protokollarla, başqa sənədlərlə tanış olması üçün şərait yaradır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGirişinə müəyyən məhdudiyyətlər qoyulmuş tədbirlərdə iştirak etmək, belə ərazilərə daxil olmaq üçün media nümayəndələrinə verilən icazənin şərtləri.
Bu şərtlərdə akkreditədən keçmək üçün lazım olan sənədlərin siyahısı, müraciətlərə baxılma müddəti, onlara imtina cavabının əsasları və s. öz əksini tapır. A.Q.-nın bəziləri dövlət, digərləri jurnalisti akkreditədən keçirən təşkilatlar tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyi media nümayəndələrindən həmin təşkilatlar haqqında həqiqətəuyğun olmayan məlumatlar yaymamağı tələb edir. Eyni zamanda Xarici İşlər Nazirliyi akkreditə etdiyi jurnalistlər qarşısında ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərməmək şərti qoyur və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiGirişinə müəyyən məhdudiyyətlər qoyulmuş tədbirlərdə iştirak etmək, belə ərazilərə daxil olmaq üçün media nümayəndələrinə verilən icazənin ləğv olunması.
Qanuna görə, məhkəmə jurnalistin akkreditə qaydalarını pozduğunu, yaxud akkreditə etmiş təşkilat haqqında yalan, şərəf və ləyaqəti ləkələyən məlumatlar yaydığını təsdiqləyərsə, həmin jurnalist akkreditədən məhrum oluna bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti