Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

brilyant

fr. brillant – parıltılı

Hündürlüyü 3 punkta (1,13 mm) bərabər mətbəə şrifti. B. – şriftlərdən ən kiçiyidir.

Ondan nadir hallarda hərflərin, rəqəmlərin alt və üst hissələrində indekslərin yazılışı zamanı is­tifadə olunur.

Jurnalistika terminləri lüğəti

bulvar mətbuatı

Başlıca məqsədi məlu­matlandırmaq deyil, əyləndirmək olan və əsasən, küçələrdə, köşklərdə satılan qəzet­lər.

Yarandıqları illərdə (XIX əsrin ikinci yarısı) abunəçiləri olmadığı, məhz küçə­lərdə (bulvarlarda) satıldıqları üçün onlar belə adlandırılıb. B.M. ucuz, çoxtirajlı, ala­bəzək, sensasion olur, adətən, iri və rəngli manşetlərlə çıxır. Əksər hallarda B.M. terminini «sarı mətbuat»«tabloid» anla­yışlarının sinonimi kimi təqdim edirlər. Lakin tabloidlərdən fərqli olaraq B.M. formatdan asılı deyil. Eyni zamanda «sarı mət­buat» nümunələrinə uyğun gələn bü­tün xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, bulvar nəşrləri daha bəsit kontenti, əyləncəyə, şayiələrə daha çox meyilliliyi və keyfiyyətcə daha aşağı səviyyəsi ilə onlardan seçilir. Bu növ media məhsullarının yaradılması ilə məşğul olan KİV əmək­daş­larının fəaliyyət sahəsinə isə bulvar jurna­listikası deyilir.

Jurnalistika terminləri lüğəti

büro

fr. bureau < burat – mahud

Media orqanının eksklüziv və operativ xəbərlər toplamaq məqsədilə auditoriyanın maraq dairə­sində olan ölkələrdə yaratdığı nümayəndəlik, filial.

B.-nu daha çox böyük agent­liklər, televiziya şirkətləri, transmilli nəşrlər yara­dır. Adətən, onun əməkdaşları yerli jur­na­listlər arasından seçilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

cavab hüququ

Kütləvi informasiya va­sitəsində fiziki və hüquqi şəxsin şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xa­rakterli məlumatlar yayıldıqda, fikirləri təh­rif olunduqda həmin şəxsin, yaxud onun nümayəndəsinin eyni KİV-də təkzib­lə çıxış etmək hüququ.

C.H. belə mə­lu­matlar ya­yıldığı gündən bir ay müddə­tində qüvvədə olur. Qanunvericiliyə görə, mətbu nəşrlər cavabı daxil olduğu gündən sonrakı nöm­rədə «Təkzib» başlığı altında dərc etməli, radio və televiziya kanalları isə onu müvafiq verilişin növbəti buraxılışında ­oxu­malıdır. C.H.-ndan istifadə etmək istə­yən şəxsə (onun nümayəndəsinə) efirdə çıxış imkanı da yaradıla bilər. Redaksiya cavab mətnində heç bir dəyişiklik etmə­məlidir, lakin bu mətn cavabı verilən məlumatın həcmindən iki dəfədən artıq olmamalıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti