Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bulvar mətbuatı

Başlıca məqsədi məlu­matlandırmaq deyil, əyləndirmək olan və əsasən, küçələrdə, köşklərdə satılan qəzet­lər.

Yarandıqları illərdə (XIX əsrin ikinci yarısı) abunəçiləri olmadığı, məhz küçə­lərdə (bulvarlarda) satıldıqları üçün onlar belə adlandırılıb. B.M. ucuz, çoxtirajlı, ala­bəzək, sensasion olur, adətən, iri və rəngli manşetlərlə çıxır. Əksər hallarda B.M. terminini «sarı mətbuat»«tabloid» anla­yışlarının sinonimi kimi təqdim edirlər. Lakin tabloidlərdən fərqli olaraq B.M. formatdan asılı deyil. Eyni zamanda «sarı mət­buat» nümunələrinə uyğun gələn bü­tün xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, bulvar nəşrləri daha bəsit kontenti, əyləncəyə, şayiələrə daha çox meyilliliyi və keyfiyyətcə daha aşağı səviyyəsi ilə onlardan seçilir. Bu növ media məhsullarının yaradılması ilə məşğul olan KİV əmək­daş­larının fəaliyyət sahəsinə isə bulvar jurna­listikası deyilir.

Jurnalistika terminləri lüğəti