İnternet şəbəkəsində elektron məlumatların ötürülməsi və alınmasını təmin edən texnologiya, habelə bu texnologiya üzrə istifadəçilərə göstərilən xidmət növü.
Termin ingilis dilində «electronic mail» (email, e-mail) ifadəsinin hərfi tərcüməsindən yaranıb. Bir çox elementlərinə, o cümlədən istifadə etdiyi terminlərə (poçt, poçt qutusu, çatdırılma və s.), özəlliklərinə (sadəlik, etibarlılıq və s.), iş prinsipinə görə E.P. adi poçt sisteminə bənzəyir. Lakin E.P. adi poçtdan müqayisəolunmaz dərəcədə yüksək sürətlə işləyir, eyni zamanda çoxlu sayda ünvanla əlaqə saxlamaq imkanı verir və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti