Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yahoo

irland yazıçısı Conatan Sviftin «Qulliverin səyahətləri» əsərində «kobud, in­ki­şafdan qalmış insan» mənasında işlədilən «Yahoo» sözündən

İstifadəçilərə müx­təlif xidmətlər təklif edən populyar internet-portal, axtarış sistemi.

Y. 1994-cü ildə Stenford universitetinin (ABŞ) tələ­bə­ləri Cerri Yanq və Devid Filo tərəfindən məhz axtarış sistemi kimi yaradılıb, sonradan geniş­lə­nərək informasiya, elektron poçt, elektron ticarət və s. sahələrdə ­çox­saylı xidmətlər göstərməyə başlayıb. ­Por­talın adının mən­şəyi barədə bir neçə fər­ziyyə mövcuddur. Lakin onun yara­dı­cıları bu adı «Qulliverin səyahətləri» kita­bından götür­dük­lərini bil­dirirlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

yaradıcılıq azadlığı

Hər kəsin öz dünya­görüşünə, etik və estetik ideallarına, maraq vә qabiliyyәtinә uyğun istәnilәn yaradıcılıq fәaliyyәti ilә mәşğul olmaq hüququ.

Buraya insanın öz yaradıcılıq məhsullarının mülkiyyətçisi olmaq, onları nümayiş etdir­mәk, satmaq, istədiyi yerə aparmaq hü­quq­ları daxildir. Azәrbaycan Konstitusiyası ölkədə elmi-texniki, әdәbi-bәdii, o cümlə­dən jurnalist yaradıcılığının azad hәyata ke­çirilmәsinә tәminat verir.

Jurnalistika terminləri lüğəti

yayım cədvəli

Teleradio proqramlarının siyahısını, adını, ardıcıllığını və efirə getmə vaxtını göstərən sənəd.

Y.C. yayımçının efir siyasətinin aparıcı istiqamətlərinə uy­ğun olaraq qurulur və bu siyasəti özündə əks etdirir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

yayım firması

Çap məhsullarının isteh­lakçılara çatdırılması ilə məşğul olan şir­kət.

Çap məhsullarının yayımı müxtəlif üsul­larla həyata keçirilir: köşkdən satış, nəq­liyyatda satış, əldəyayım, poçt vasitəsilə yayım və s. Bəzi redaksiyalar öz ­Y.F.-la­rını yaradır, amma əksər hallarda bu sahə­də ixtisaslaşmış başqa şirkətlərlə əmək­daşlığa üstünlük verilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

yayım haqqı

1. Xüsusi əhəmiyyətli tədbir, beynəlxalq miqyaslı idman yarışları və bu kimi hadisələri işıqlandırmaq üçün yayım şirkətləri tərəfindən təşkilatçılara ödənilən vəsait. 

2. Müəyyən tədbirlərin işıqlan­dırıl­ması, hazır materialların efirə verilməsi üçün sifarişçi tərəfindən yayımçıya ödəni­lən vəsait.

Jurnalistika terminləri lüğəti