Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yayımın həcmi

Televiziya və radio kana­lının gün, həftə, ay ərzində efirdə olduğu, verilişlərini yayımladığı müddət.

Y.H. proq­ram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən li­senziyada (xüsusi razılıqda) öz əksini tapır. Bu həcm saatla ölçülür, orijinal və başqa is­tehsalçıların proqramları, ölkədə və xa­ricdə hazırlanmış proqramlar, istifadə edilən dil­lər, reklam və qeyri-reklam ma­terialları üz­rə ayrıca hesablanır və gös­tə­ricilər barədə vaxtaşırı tənzimləyici dövlət orqanına mə­lumat təqdim olunur; mə­sələn, Azərbaycan qanunvericiliyinə görə, reklamın və tele­ticarətin ümumi həcmi gün ərzində ya­yımlanan verilişlərin ümumi həcminin 20%-dən çox ola bilməz.

Jurnalistika terminləri lüğəti