Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yayılması qadağan olunan materiallar

Kütləvi informasiya vasitələrində dərc olunmasına, nümayiş etdirilməsinə, səs­lən­dirilməsinə qanunla yol verilməyən və ictimailəşdirilməsinə görə məsuliyyət nə­zərdə tutulan materiallar.

Y.Q.O.M.-a  qanunla qorunan sirlər, konstitusiyalı döv­lət quruluşunu zorakılıqla devirməyə, döv­lətin bütövlüyünə qəsd etməyə çağırışlar, müharibəni, zorakılığı, qəddarlığı, milli, irqi və sosial ədavəti, dözülməzliyi, terrorizmi, ətraf mühitin qorunmasına ziyan vuran hə­rəkətləri təbliğ edən, habelə vətən­daş­ların şərəfləyaqətini alçaldan, böhtan yayan, pornoqrafiya xarakteri daşıyan materiallar aiddir. Eyni zamanda yayılması qadağan olunmuş bir sıra reklam materialları da (gizli reklam, seçki və referendumlar günü siyasi reklam, narkotik vasitələrin, silah­ların, tütün məmulatlarının, spirtli içkilərin reklamı və s.) mövcuddur.

Jurnalistika terminləri lüğəti