Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

retuş

fr. retouche < lat. re – təkrar + fr. touche – toxunmaq

Təsvirə düzəlişlər verilməsi, köhnəlmiş elementləri bərpa etmək üçün onların yenidən işlənməsi üsu­­lu.

Bu üsul poliqrafiyada foto­şə­kil­lərin orijinallarının, neqativlərin çapa ­ha­­zır­­lan­ması, diapozitivlərin qaydaya salın­ması üçün tətbiq olunur. Texniki R.-da təsadüfi qüsurlar (nöqtə, ləkə, cızıq və s.) aradan qaldırılır, silinmiş cizgilər bərpa ­olunur, qra­dasiya R.-unda təsvirlərin ayrı-ayrı sahələri tündləşdirilir, yaxud açıq­laşdırılır. Uzun illər əllə icra edilən bu əmə­liyyatlar XX əsrin sonlarından etibarən kompüterdə xüsusi proqramların köməyi ilə həyata keçirilir.

Jurnalistika terminləri lüğəti

reverberator

lat. reverberatio – əks­etdirmə

Elektrik vasitəsilə, elektro­akustik me­todlarla süni reverberasiya yaradılması üçün qurğu.

Bu qurğudan radio və televiziya verilişlərində xüsusi akustik ef­fekt­lərin alınması (məsələn, səsin həcminin artırılması) məqsədilə istifadə ­olunur.

See also:

Jurnalistika terminləri lüğəti

rəqəmsal çap

İnformasiyanın rəqəmsal texnologiyalar əsasında işləyən elektron avadanlıqla, tozlandırma və ya termik təsir üsulları ilə maddi daşıyıcı üzərinə kö­çü­rülməsi prosesi.

Bu texnologiya çap pro­sesində bir neçə mərhələni (məsələn, çap formalarının hazırlanması) ixtisara sal­ma­ğa, işi sürətləndirməyə və xərclərə qənaət etməyə (xüsusilə aztirajlı nəşrlərin ha­zır­lanması zamanı) imkan verir.

Jurnalistika terminləri lüğəti