lat. negativus – mənfi
1. Fotoqrafiya və kinoda: işığahəssas material üzərində obyektin işıqlı hissələrinin tünd, tünd hissələrinin işıqlı görünən şəkli.
Bunun nəticəsində N. görüntü obyektin əksi təsəvvürü yaradır.
2. Obyektin işıqlı hissələrinin tünd, tünd hissələrinin işıqlı göründüyü foto və ya kino lenti, işığahəssas material.
3. Mənfi xarakterli fikir, hadisə, proses, cəhət və s.; məs.: neqativ hallar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti