Məqsəddən asılı olaraq təsvirlərin qeyri-ardıcıl, sərbəst şəkildə seçilməsi və düzülməsinə imkan verən montaj üsulu.
Q-X.M. xüsusi proqramlar əsasında kompüterdə icra olunur. Belə üsulla hazır materialdan istənilən təsviri, yaxud səs elementini çıxarmaq, başqa yerə keçirmək, habelə zəruri kadrları istənilən hissəyə əlavə etmək mümkündür. Bu zaman montaj materialının ümumi strukturunu dəyişməyə, lenti təzədən köçürməyə və ya əlavə montaj əməliyyatları aparmağa ehtiyac qalmır. Q-X.M.-a kompüter montajı da deyilir.
See also:
Jurnalistika terminləri lüğəti