lat. radium – şüa, şüalandırmaq
Hər hansı ölkə ərazisinə yayılan xarici radio kanallarının verilişlərinin konkret məqsədlərlə və xüsusi qurğuların vasitəsilə qeydə alınması.
R. xarici radioların verilişlərinin, əsasən, təhlil, yaxud informasiya mənbəyi kimi istifadə üçün dinlənilməsi və lentə (diskə) yazılması prosesidir.
Jurnalistika terminləri lüğətifr. raccourcir – qısaltmaq
1. Təsviri sənətdə, foto, kino və televiziya çəkilişində obyektin konkret nöqtədən görünüşü.
R. müəllifin ideyasını ifadə etməyə, obyektin müəyyən detalını, hadisənin dinamikasını qabarıq nəzərə çarpdırmağa xidmət edir.
2. Hər hansı məsələyə baxış bucağı, nəzər nöqtəsi.
Jurnalistika terminləri lüğətilat. rastrum – dırmıq, toxa
1. Foto və rəsmlərin çapa hazırlanması prosesində təsvirin rəng tonlarını müxtəlif sıxlıqlı nöqtələrə çevirmək üçün optik vasitə.
R. səthi xırda tor şəklində ştrixlənmiş şəffaf lövhədir. İşıq seli «tor»dan keçəndə strukturunu dəyişir və orijinaldakı rəngin çalarlarına uyğun intensivliklə təkrarlanan nöqtələr şəklində çap forması üzərində əks olunur. Hər rəng üçün ayrı R. hazırlanır və tamrəngli çap zamanı təsvirin keyfiyyəti bütün R.-ların dəqiq üst-üstə yerləşdirilməsindən asılıdır.
2. Foto və rəsmlərdə rəng tonlarının müxtəlif sıxlıqlı nöqtələrə çevrilməsi yolu ilə alınmış təsvir.
3. Televiziyada: ekrandakı təsviri təşkil edən sətirlərin cəmi.
Ekran kadrının keyfiyyəti və parlaqlığı bu sətirlərin sayından asılıdır.
See also:
Jurnalistika terminləri lüğətilat. rehabilitatio < re – yenidən + habilitatis – yararlılıq, iqtidarında olma
1. Ləkələnmiş adın təmizə çıxarılması, əvvəlki nüfuzun bərpası.
2. Məhkəmə qərarı əsasında, yaxud inzibati qaydada hüquqların bərpası, bəraət verilməsi.
3. Xəstəlik, emosional sarsıntı, stres keçirmiş şəxsin sağlamlığının və əmək fəaliyyətinin bərpasına yönəldilmiş tədbirlər kompleksi.
Münaqişə zonalarında çalışan, uzun müddət konfliktləri işıqlandıran jurnalistlərin R.-sı üçün proqramlar, mərkəzlər mövcuddur.
See also:
Jurnalistika terminləri lüğətiing. reality – gerçəklik + ing. shou – tamaşa
Konkret süjet xətti, aydın məqsədi və şərtləri olan, iştirakçıları uzun müddət və daim kameranın müşayiəti altında yaşayan əyləncəli televiziya proqramı formatı.
Adətən, belə proqramlarda çəkiliş şəraiti real həyata maksimum dərəcədə uyğunlaşdırılır. R-Ş. proqramının verilişləri qısa fasilələrlə (hər gün, yaxud həftədə bir neçə dəfə), bəzən birbaşa efirə çıxır, böyük tamaşaçı auditoriyası və çoxlu reklam toplayır. Bu televiziya janrı 1940-cı illərin ikinci yarısında ABŞ-da yaradılıb və qısa müddətdə bütün dünyada məşhurlaşıb.
See also:
Jurnalistika terminləri lüğətiDövri nəşrin konkret buraxılışının mətbəədə çap dəzgahından çıxmış nüsxələrinin sayı.
R.T. anlayışının yaranmasının səbəbi qəzet və jurnalların bir sıra hallarda bu göstəricini şişirtməsi, reklam sifarişçisini cəlb etmək üçün istinad məlumatlarında həqiqətəuyğun olmayan rəqəmlər yerləşdirməsidir. Real tirajı mətbəədən birbaşa arayış almaqla müəyyənləşdirmək olur.
See also:
Jurnalistika terminləri lüğətiDövri nəşrin konkret buraxılışının tirajının istehlakçıya çatdırılmış hissəsi.
R.E.T. buraxılışın satılmış, abunə yolu ilə və pulsuz paylanmış nüsxələrinin cəmindən ibarətdir. Nəşrin real auditoriyasını müəyyənləşdirmək üçün R.E.T. əsas göstərici rolunu oynayır.
See also:
Jurnalistika terminləri lüğətilat. redactio – qaydaya salma
1. Kütləvi informasiya vasitəsi məhsulunu nəşrə hazırlayan yaradıcı-inzibati qurum.
R. öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir. O, eyni zamanda dövri nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi, naşiri və yayıcısı da ola bilər.
2. Televiziya və radioda verilişin efirə hazırlanmasına məsul olan struktur vahidi.
3. Nəşriyyatın əlyazmaları çapa hazırlayan struktur vahidi.
4. Mətnin redaktə, yenidən işlənmə nəticəsində orijinaldan fərqlənən hər bir variantı.
See also:
Jurnalistika terminləri lüğəti1. Qəzet və ya jurnalın fəaliyyətinə rəhbərlik etmək üçün redaksiyada yaradılan kollegial orqan.
R.H.-nin tərkibi, səlahiyyətləri və vəzifələri nəşrin nizamnaməsində öz əksini tapır. Adətən, R.H. baş redaktor, onun müavinləri, məsul katib, əsas şöbələrin rəhbərləri, kommersiya direktorundan ibarət olur. Televiziyalarda eyni səlahiyyətlərə malik qurumlar kollegiya, proqram şurası və s. adlanır.
2. Redaksiyada çalışan bütün əməkdaşların cəmi, redaksiya kollektivi.
Jurnalistika terminləri lüğəti