ing. reality – gerçəklik + ing. shou – tamaşa
Konkret süjet xətti, aydın məqsədi və şərtləri olan, iştirakçıları uzun müddət və daim kameranın müşayiəti altında yaşayan əyləncəli televiziya proqramı formatı.
Adətən, belə proqramlarda çəkiliş şəraiti real həyata maksimum dərəcədə uyğunlaşdırılır. R-Ş. proqramının verilişləri qısa fasilələrlə (hər gün, yaxud həftədə bir neçə dəfə), bəzən birbaşa efirə çıxır, böyük tamaşaçı auditoriyası və çoxlu reklam toplayır. Bu televiziya janrı 1940-cı illərin ikinci yarısında ABŞ-da yaradılıb və qısa müddətdə bütün dünyada məşhurlaşıb.
See also:
Jurnalistika terminləri lüğəti