Teleradio proqramlarının çevrildiyi siqnalların daşıyıcısı olan elektromaqnit dalğasının tezliyi.
Bu tezlik diapazonlara – zolaqlara bölünür və hər zolaqda bir proqramın siqnalları ötürülür. Həmin zolaq Y.T.-ni təşkil edir. Tezliklər məhduddur, strateji əhəmiyyət daşıyır və buna görə dövlət tərəfindən xüsusi razılıq (lisenziya) əsasında verilir. Y.T. teleradiokompaniyanın yayım proqramı konsepsiyasının tərkib hissəsi kimi onun lisenziyasında öz əksini tapır, lisenziya ləğv olunduqda şirkət tezlikdən istifadə hüququnu itirir.
Jurnalistika terminləri lüğəti