Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

redaksiya

lat. redactio – qaydaya salma

1. Kütləvi informasiya vasitəsi məhsu­lunu nəşrə hazırlayan yaradıcı-inzibati qu­rum.

R. öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir. O, eyni zamanda dövri nəşrin təsisçisi, əm­lakının mülkiyyətçisi, naşiri və yayıcısı da ola bilər. 

2. Televiziya və radioda verilişin efirə hazırlanmasına məsul olan struktur vahidi.

3. Nəşriyyatın əlyazmaları çapa ­ha­zırlayan struktur vahidi.

4. Mətnin re­daktə, ye­ni­dən işlənmə nəticəsində orijinaldan fərq­lənən hər bir variantı. 

See also:

Jurnalistika terminləri lüğəti