Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qapalı tədbir

Media nümayəndələrinin iştirakına icazə verilməyən toplantı, görüş və s.

Belə tədbirlər qanunla məhdudlaşdırılan informasiyanın, yaxud korporativ maraqlardan irəli gələn məsələlərin icti­maiyyətə açıqlanmasının qarşısını almaq məqsədi güdür.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

qara piar

Fərdin və ya hüquqi şəxsin imicinə xələl gətirməyə, şərəfləyaqətini ləkə­ləməyə yönəldilmiş fəaliyyət, qarayaxma.

Qərb mediasında bu fəaliyyət növü daha çox «neqativ piar» (negative public relations), «qaranlıq piar» (dark public ­relations) adlandırılır. Q.P. termini isə 1980-ci illərin sonlarından başlayaraq Ru­siyada geniş işlədilməyə başlanıb. Q.P. mediaya kompromat ötürülməsi, sifarişli mə­­qalələr və verilişlərin ardıcıl olaraq ya­yılması, şayiələrin, yalanların və saxta sə­nədlərin dərc edilməsi kimi çirkli üsullarla həyata keçirilir. Ondan daha çox iri biz­nes­də və siyasətdə rəqiblərin aradan çıxa­rıl­ması üçün istifadə olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

qarnitur

fr. garniture – dəst

Nəşriyyat işində istifadə edilən eyni üslub və cizgi formasına malik şrift dəsti.

Bir Q.-a daxil olan şriftlər ölçülərinə (böyük, kiçik), qa­lınlığına (adi, yağlı), mailliyinə (düz, maili) görə müxtəlif olur, amma üslub və cizgi xüsusiyyətlərini həmişə saxlayır.

Jurnalistika terminləri lüğəti