Fərd və ictimai toplumların qanunda birbaşa əksini tapmayan, lakin məzmununa görə hüquqlardan irəli gəldiyi üçün qanunla müdafiə olunan istək və ehtiyacları.
Qanunvericilikdə Q.M. sadalanmır, bu anlayışın dəqiq izahı verilmir. Lakin mövcud normativ aktlarda hüquqlarla yanaşı, qanuni maraqların da qorunduğu bəyan edilir; məsələn: «Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur» (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, maddə 15.2). Q.M. həm maddi (məsələn, müəllifin daha keyfiyyətli əsərə görə daha yüksək qonorar almaqda marağı), həm də qeyri-maddi (məsələn, məhkəmə prosesi zamanı şikayətçinin müzakirə edilən məqalənin təkrar ekspertizadan keçirilməsində marağı) ola bilər.
Jurnalistika terminləri lüğəti