Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

üslub

1. Kütləvi informasiya vasitəsi re­dak­siyasının hazırladığı məhsulun ideya-bədii və dizayn xüsusiyyətlərinin, digər fərqləndirici əla­mətlərinin vəhdəti. 

2. Əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasi­tə­lərin­dən istifadə üsullarının məc­musu. 

3. Müəl­lifin, verilişin aparı­cı­sı­nın özünə­məxsus yaradıcılıq tərzi.

4. Ünsiyyət məq­sədilə dil vasitələrinin seçilməsi, seçilən vahid­lərin əlaqə­lən­diril­məsi baxımından səciy­yəvi dil növü; məs.: dil üslubu, funksional üslub. 

5. Kompüter proqramları, hipermətn di­llərində mətn, cədvəl, qrafiklərin və s.-nin tərtibatı qay­da­la­rının toplusu.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti