Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

nəşriyyat məhsulu

Çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehsal edilən, mü­əyyən istehlakçı dairəsi üçün nəzərdə tutulan kitab, qəzet, jurnal, plakat, buklet və s., o cümlədən elektron nəşrlərin məcmu­su.

See also:

Jurnalistika terminləri lüğəti

nəşriyyat məhsulunun istehsalçısı

Nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını ­tə­­min edən fiziki və ya hüquqi şəxs.

See also:

Jurnalistika terminləri lüğəti

nəşriyyat məhsulunun yayıcısı

Nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını ­hə­­yata ke­çirən fiziki və ya hüquqi şəxs.

See also:

Jurnalistika terminləri lüğəti

nəşriyyat proqramı

Nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq onun tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə.

See also:

Jurnalistika terminləri lüğəti

nəşriyyat redaksiyası

Əsərlərin, nəşriyyat məhsullarının çapa hazırlanması ilə məşğul olan əsas struktur bölmə.

See also:

Jurnalistika terminləri lüğəti

nəzarət funksiyası

lat. functio – icra ­et­mək

Dövlət strukturlarının, siyasi, iqtisadi, ictimai institutların vətəndaşlar qar­şısında hesabatlılığının təmin olunmasına xidmət edən mühüm sosial vəzifə, jurnalistikanın əsas funksiyalarından biri.

Bu funksiyanı yerinə yetirmək üçün KİV əhali­ni müxtəlif sahələrdə aşkar etdiyi prob­lemlər barədə məlumatlandırır, dövlət orqanlarında qərarların qəbulu prosesini daim diqqətdə saxlayır, insan hüquqlarının pozulması, qanunsuzluq və korrupsiya ­hal­larını araşdırır. N.F.-nın icrası üçün mediadan, ilk növbədə, müstəqillik və pro­fessionallıq tələb olunur.

See also:

Jurnalistika terminləri lüğəti

nəzarət markası

alm. marke – nişan, işa­rə

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, nəşriyyat məhsulunun nüsxələrinin üzərinə yapışdırılan, hərf-rə­qəm kodu və birdəfəlik istifadə üçün nə­zərdə tutulmuş holoqrafik müdafiə vasitəsi olan vahid nümunəli xüsusi nişan.

N.M. nüsxənin müəlliflik hüququ və əlaqəli hü­quqlara əməl edilməklə hazırlandığını (istehsal olunduğunu) təsdiqləyir və həmin nüsxələri yaymaq hüququ verir. Bu mar­kaları istehsalçılar və yayımçılar dövlət ­or­qanından almalıdırlar. Saxta N.M.-nın hazırlanmasına və ondan istifadəyə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

See also:

Jurnalistika terminləri lüğəti

nəzarət olunan tiraj

fr. tirage < tirer – çəkmək, çəkib çıxarmaq

1. Nəşrin kon­kret oxuculara, bəlli ünvanlara çatdırılan nüsxələrinin cəmi.

Abunəçilərə, daimi müştərilərə göndərilən və müəyyən şəxs­lərə, təşkilatlara pulsuz paylanan nüsxələr N.O.T.-ı təşkil edir. N.O.T. qəzetlərin və jurnalların populyarlığının, iqtisadi cə­hət­dən sabitliyinin mühüm göstəricisidir. Misal: «ABŞ-da Mayami, San-Fransisko kimi şəhərlərdə bəzi böyük gündəlik qə­zetlərin nəzarət olunan tirajı 2005-ci ildən 50 faiz azalıb» (The Financial Times qəzeti). 

2. Nəşrin reklam sifarişçisi üçün xüsusi maraq kəsb edən ünvanlara pulsuz ça­tdırılan nüsxələri, ödə­nişsiz paylanan tiraj.

Naşirlər bu üsulla reklamın səmə­rə­li­liyinin artırılmasına, rek­lam sifarişçilərini əməkdaşlığa həvəs­lən­dirməyə çalışırlar. Misal: «Siz, şübhəsiz, nə vaxtsa, hansısa pulsuz nəşr almısınız – buna «nə­zarət olunan tiraj» deyirlər, yəni naşirlər nüsxələrin kimin əlinə düşməsinə nəzarət edirlər» (Foster Timoti).

Jurnalistika terminləri lüğəti

nəzarətedici orqan

lat. organum < yun. organon – alət, silah

Sistemin qəbul olunmuş normalara uyğun fəaliyyət gös­tərməsini, işin lazımi qaydada icrasını ­tə­min etmək məqsədilə müşahidə və yoxlama həyata keçirən qurum.

Totalitar rejimlər istisna olmaqla dünyanın əksər öl­kələrində çap KİV-in fəaliyyətinə nəzarət edən xüsusi dövlət orqanı yoxdur. Teleradio yayımı sahəsində belə nəzarəti yayım şu­raları və komissiyaları yerinə yetirir. Onlar yayımçıların lisenziya şərtlərinə necə əməl etdiklərini diqqət mərkəzində sax­layırlar. İnternet mediası sahəsində isə N.O.-ın yara­dılması məsələsi ara-sıra gün­dəmə gəlsə də, beynəlxalq standartlara görə, şəbəkə KİV-in fəaliyyəti ilə əlaqədar ya­ranan problemlər özünütənzimləmə mexanizmi çərçivəsində həll olun­malıdır.

See also:

Jurnalistika terminləri lüğəti

nik

ing. nickname – «təxəllüs» sözünün qı­saldılmış variantı

İnternet istifa­də­çi­lə­rinin şəbəkələrdə özlərinə verdikləri ad, təxəllüs.

N.-lərin başlıca vəzifəsi is­tifa­dəçini virtual aləmdə uydurma ad altında gizlətmək, onun anonimliyini təmin et­məkdir.

Jurnalistika terminləri lüğəti