Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

naqillə yayım

İnformasiyanın elektrik siqnallarına çevrilərək naqillərin şaxə­lən­miş şəbəkəsi vasitəsilə ötürülməsi qay­dasın­da həyata keçirilən yayım prosesi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

naqilsiz yayım

İnformasiyanın bir nöqtə­dən digərinə və ya bir neçəsinə elektromaqnit (işıq, səs və s.) dalğaları şəklində naqilsiz ötürülməsi qaydasında həyata ke­çirilən radio yayımı prosesi.

Termin XIX əsrdə telefonun ixtirası ilə əlaqədar yara­nıb, elm və texnika inkişaf etdikcə istifadə dairəsini sürətlə genişləndirib: naviqasiya, peyk televiziyası, mobil rabitə, Wi-Fi, GPS sistemləri və s. N.Y. bir nöqtə ətrafında getdikcə böyüyən dalğa seqmenti şəklində işarə olunur. Bu işarəyə N.Y. texnolo­gi­yalarının istifadə edildiyi cihazların üs­tün­də, ictimai yerlərdə rast gəlinir. Həmin texnologiyaların üstünlükləri onların iqtisadi cəhətdən sərfəliliyi, irihəcmli in­formasiyaları yüksək sürətlə milyonlarla kilometr məsafələrə ötürmə baca­rığın­da­dır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

naqilsiz şəbəkə

Xüsusi proqram təmi­natı və elektromaqnit dalğaları vasitəsilə ötü­rülən siqnallarla kompüter sistemləri, elektron avadanlıq komp­leksləri, həmçinin onların istifadəçiləri arasında əlaqəni təmin edən kommunikasiya şəbəkəsi.

N.Ş. iki cür olur: lokal və qlobal. Naqilsiz lokal şə­bəkə məhdud ərazidə (şirkət, redaksiya, universitet, zal) yerləşən elektron avadan­lıq komplekslərini birləşdirir, onlar arasında fasiləsiz daxili əlaqə üçün imkan yaradır. Naqilsiz qlobal şəbəkə xüsu­si ötürücülər və peyk rabitəsi vasitəsilə bü­tün dünyada ­informasiya-kom­mu­­nikasiya sistemləri arasında daimi əlaqəni təmin edir.

Jurnalistika terminləri lüğəti

naşir

Mətbu nəşrin istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyat, ­sa­hibkar, yaxud əsas gəlir mənbəyi nəş­riy­yat fəaliyyəti olmayan digər şəxs.

KİV-in N.-i rolunda hər hansı müəssisə, redaksiya özü, fiziki şəxslər çıxış edə  bilərlər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

naşirin statusu

lat. status – vəziyyət, hal

Mətbu nəşrin istehsalını maddi-texniki cəhətdən təmin edən nəşriyyatın, sahib­karın, onlara bərabər tutulan şəxslərin ­qanunla müəyyənləşdirilmiş hüquq və və­zi­fələrinin məcmusu.

Naşirin hüquq­la­rına nəşrin buraxılış proqramını tərtib et­mək, onun istehsalı prosesinin iştirak­çıları ilə mü­qavilələr bağlamaq, eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya əm­lakının mül­kiy­yətçisi rolunda çıxış ­et­mək və s. daxildir. Onun vəzifələri isə ­is­tehlak ehtiyaclarının ödənilməsindən, müəlliflik hüququna, məh­sulun isteh­sa­lında tətbiq olunan stan­dart­ların tə­ləb­lərinə, normativ-hüquqi aktlara əməl et­­məkdən və s.-dən ibarətdir.

Jurnalistika terminləri lüğəti

natamam informasiya

lat. informatio – izahetmə, məlumatvermə

1. Faktın ay­dınlaşdırılması, hadisənin, prosesin ətraflı araşdırılması üçün kifayət etməyən məh­dud informasiya.

Qanunvericiliyə görə, sorğuya cavab olaraq N.İ. təqdim etmiş informasiya sahibi sorğuçunun tələbi ilə bu çatışmazlığı aradan qaldırmalıdır.

2. Qərar qəbuletmə prosesini çətinləşdirən, ida­rəetmə funksiyalarının keyfiyyətli icrası ­ba­xımından əlavə problemlər yaradan ya­rımçıq məlumat.

İdarəçilik funk­siya­la­rının yerinə yetirilməsi prosesində belə prob­lemlər tez-tez üzə çıxır. Buna görə də N.İ. şəraitində qərar qəbuletmə üzrə xüsusi təlim proqramları mövcuddur.

3. Əldə edilməsi qanunla məhdudlaşdırılan sənə­din tərkibinə daxil olduğu üçün yalnız qis­mən – açıq hissəsi yayıla bilən məlumat.

Jurnalistika terminləri lüğəti

natiq

1. Nitq söyləyən; çıxışçı.

2. Yaxşı da­nışıq qabiliyyətinə malik olan, gözəl ­da­­nışmağı bacaran şəxs.

N. böyük auditoriyalarla birbaşa ünsiyyətdə olur. Onun vəzifəsi yalnız informasiyanı, fikri, ideyanı aydın şəkildə ifadə və izah etməkdən deyil, həm də ictimai rəyə təsir göstərməkdən – in­sanları inandırmaqdan, onlarda cavab re­aksiyası yaratmaqdan ibarətdir. Məhz buna görə jurnalistikanın tarixinə həsr olunmuş bir çox araşdırmalarda antik dövrün N.-lərini dünyada ilk publisist-jurnalistlər adlandırırlar. «Qəzetlərin əcdadı» hesab edilən və e.ə. 59-cu ildə Romada gündəlik nəşr olunan Acta diurna-da («Gündəlik işlər») xəbərlərlə yanaşı, məş­hur N.-lərin çıxışlarından xülasələr verilirdi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

natiqlik məharəti

Auditoriya qarşısında ­gö­zəl çıxış etmək və onu inandırmaq ­ba­­­­carığı.

N.M. radio və televiziya jurnalistlərindən tə­ləb olunan mühüm key­fiy­yət­lər­dən, kütləvi kommunikasiyanın əsas kom­ponentlərindən biridir. Media işçilərini öz fikirlərini dəqiq və aydın ifadə etməyə öyrətmək üçün bir çox ali məktəblərdə, ­pe­şə təlimi mərkəzlərində onlara N.M. tədris olunur. Misal: «Natiqlik mə­ha­rətinin ən yeni me­todlarının müasir jurna­listikada istifa­də­si» (təlim kursunun adı).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

natura çəkilişi

lat. natura – təbiət

1. Studiyadankənar, quruluş tələb etməyən təbii məkanda çəkiliş; məs.: komandanın möv­­­sü­mə hazırlığından danışan məşqçinin ­çı­­xı­­şı­nın stadionda videolentə yazılması. 

2. Bilavasitə hadisə yerində aparılan çə­kiliş; məs.: su hövzələrinin çirklən­diril­mə­sinə həsr olun­muş süjetin çirkab suları axıdılan gölün qı­rağında çəkilişi.

N.Ç.-ndən reportaj­lar­da, sənədli filmlərdə, rek­lam çarx­la­rında ­­və s.-də geniş istifadə olunur. Bu, ma­terialın inandırıcı olmasına və təsir qüv­vəsinin artırılmasına kömək edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

neqativ

lat. negativus – mənfi

1. Fotoqrafiya və kinoda: işığahəssas material ­üzə­rində obyektin işıqlı hissələrinin tünd, tünd hissələrinin işıqlı görünən şəkli.

Bu­nun ­nə­ticəsində N. görüntü obyektin əksi ­tə­­səv­vürü yaradır. 

2. Obyektin işıqlı hissələrinin tünd, tünd his­sələrinin işıqlı göründüyü foto və ya kino len­ti, işığahəssas material.
3. Mənfi xarakterli fikir, hadisə, proses, cəhət və s.; məs.: neqativ hallar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti