►Cəhalətin hökm sürdüyü bir mühitdə, cəmiyyətdə qabaqcıl, işıqlı hadisələri müsbət səciyyələndirmək üçün işlədilən ifadə.
İfadə rus tənqidçisi Nikolay Dobrolyubovun (1836–1861) dramaturq Aleksandr Ostrovskinin «Tufan» pyesinə həsr etdiyi məqalədən qaynaqlanır.
N.Dobrolyubov həmin əsərdə Katerinanın özünü öldürməsinə cəhalət və nadanlıq hakimiyyətinə qarşı bir etiraz kimi baxır. Katerinanın bu passiv etirazı göstərir ki, əzilən kütlələrdə qul itaətkarlığı dövrü keçmiş, öz hüququnu müdafiə şüuru oyanmışdır. Buna görə də Dobrolyubov Katerinanı «zülmət səltənətində işıq şüası» hesab edirdi.
Maraqlıdır ki, bu obrazlı tərkib ədəbi-bədii dilimizdə bir qədər fərqli işlədilmişdir; məsələn, Füzulinin «Leyli və Məcnun»unda «zülmət içrə nur» ifadəsi kimi: «Leyli demə – zülmət içrə bir nur; Məcnun demə – zülmət içrə bir nur».
İfadə çağdaş publisistikamızda, xüsusən də qəzet yazılarında tez-tez işlədilir.
Məsəllər, deyimlər