►Özünün başqalarından müәyyәn xüsusiyyәtləriylә fərqlәndiyini bildirmәk istәdikdә istehza ilә işlədilən ifadə.
İfadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» musiqili komediyasının qəhrәmanı Mәşәdi İbadın dilindәn səslənərək yayılmışdır.
Tacir Mәşədi İbadın almaq istәdiyi qız – Gülnaz sevgilisi Sәrvərlə evin bağçasında görüşür. Hasarın o üzündә qalmış Məşədi İbad özünü Məcnuna, Gülnazı Leyliyә oxşadır və öz yarının әğyarla «eyş-işrət» etmәsinә qәzәblәnәrәk deyir: «Yox, mәn o mәcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam».
Ümumiyyətlə, Məcnun haqqında Nizami Gəncəvidən başlamaqla Şərqin bir çox şairlərinin əsərlərində verilən məlumatlar onun yalnız bir personaj olduğunu göstərirdi. Amma Qərb alimləri Məcnunun, həqiqətən də, real insan və 645–688-ci illərdə yaşamış ərəb şairi olduğunu iddia edirlər.
Məsəllər, deyimlər