lat. inversio – əks paylanma, çevirmə
Dağlıq ərazilərdə yağıntıların müəyyən yüksəkliyə qədər artaraq sonra azalması hadisəsi.
Həmin yüksəklik səviyyəsindən aşağıda yağıntılar hündürlükdən asılı olaraq qanunauyğun surətdə çoxalır, yuxarıda isə əks-proses müşahidə olunur. Y.İ.-na ərazinin iqlim xüsusiyyətləri, yamacların forması, buludların daha çox inkişaf etdiyi təbəqənin hündürlüyü səbəb ola bilər. Azərbaycanda Talış dağlarında Y.İ. müşahidə olunur və bu, dağlarda landşaft azonallığı yaradır.
Coğrafiya terminləri lüğəti