Vətəndaşların informasiyanın toplanması və yayılması istiqamətində məqsədyönlü fəaliyyəti.
V.J. qeyri-professionalların jurnalistika ilə məşğul olması, əvvəllər istehlakçı rolunda çıxış edən insanların özlərinin informasiya istehsalçısına çevrilməsidir. Onun yaranması internet və rəqəmsal texnologiyaların inkişafı nəticəsində mümkün olub. V.J. ilk dəfə diqqəti ciddi surətdə 1999-cu ildə Sietldə (ABŞ) cəlb edib. Antiqlobalistlərin etiraz tədbirinin iştirakçıları müstəqil media mərkəzi yaradaraq özləri tədbirdən canlı yayım təşkil ediblər. V.J. professional jurnalistlərin diqqətindən kənarda qalan faktların, mühüm hadisələrin «içəridən» işıqlandırılmasında vacib rol oynayır. Qərbdə ona «ictimai jurnalistika» da deyilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti