İş və hərəkətin bütün şəxslərə – ümumiyə aid olduğunu bildirən mübtədasız cümlə növü.
Ümumi şəxsli cümlələrin xəbəri qeyri-qəti gələcək və ya indiki zaman bildirən feilin II şəxs təki və III şəxs cəmi ilə ifadə olunur; məs.: Nə əkərsən, onu biçərsən. Palaza bürün, el ilə sürün. Çalağanların bir qisminə kənd yerlərində toğlugötürən deyirlər. Atalar sözlərinin bir çoxu ümumi şəxsli cümlədir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti