Söz birləşmələrində sintaktik cəhətdən müstəqil komponenti izah edən üzv (komponent); söz birləşməsinin birinci tərəfi: yaşıl meşələr, dərs oxuyan şagird, evə gedəndə, yolda dayanaraq, evin hündürlüyü.
Söz birləşmələrinin asılı tərəfi əsas nitq hissələri və birləşmələrlə ifadə olunur. Məsələn, böyük meydan birləşməsinin asılı tərəfi (böyük) sifətlə, yol gedən uşaq birləşməsinin asılı tərəfi (yol gedən) feili sifətlə ifadə olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti