lat. positum – bir yerə qoyulmuş + lat. conflictus – toqquşma, zərbə + lat. re – yenidən + lat. habilis – uyğunlaşmış
Uzun müddət münaqişə zonalarında təhlükə altında işləmiş və zorakılıqların şahidi olmuş jurnalistlərin psixoloji cəhətdən bərpasına yönəldilmiş tədbirlər sistemi.
Qərb ölkələrində jurnalistlərin P.R.-sı ilə məşğul olan mərkəzlər fəaliyyət göstərir (məs.: ABŞ-da Vaşinqton universitetinin nəzdində Dart mərkəzi). Onlar xüsusi seanslar, treninqlər üçün proqramlar, redaksiyalar və reportyorlar üçün müvafiq qaydalar və tövsiyələr hazırlayır.
Jurnalistika terminləri lüğəti