Reklam
Reklam

Məsəllər, deyimlər

ODU BAŞQASININ ƏLİ İLƏ GÖTÜRMƏK

►Özünü işə verməmək, başqasını əziyyətə salmaq, onun zəhmətini mənimsəmək.

İfadə fransız şairi Lafontenin məşhur bir təmsilindən qaynaqlanır.

Dünya dillərinin bir çoxunda olan bu ifadə daha çox «odu başqasının əli ilə götürmək asandır» şəklində işlənir. Burada «od» sözü «alovsuz, isti kömür» mənasını verir. Avropa dillərində bu deyimin Lafontenin «Meymun və pişik» (1678) təmsilində işlənmiş «özünü oda-alova atmaq» ifadəsindən sonra geniş yayıldığı ehtimal edilir. Həmin təmsildə meymun pişiyi məcbur edir ki, odun içindən onun üçün şabalıdlar çıxartsın. Pişik pəncələrini yandıra-yandıra şabalıdları oddan çıxarır, amma şabalıdın ləzzətini meymun görür.

Dilimizdə bu frazeoloji birləşmənin qarşılığı kimi «İlanı Seyid Əhməd əli ilə tutmaq» ifadəsi işlənir.

Məsəllər, deyimlər