Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məhdudlaşdırıcı ədatlar

Özündən sonra gələn sözün və ya söz birləşməsinin, bəzən də bütün cümlənin mənasını məh­dudlaşdıran ədatlar.

Məhdudlaşdırıcı ədatlar bunlardır: yal­nız, ancaq, bir, bircə, tək, təkcə. Məsələn: Ancaq sən bu işi görə bilərsən. Məhdudlaşdırıcı ədatlar, əksər hallarda, bir-birinin sinonimi ola bilir. Məs.: Yalnız (ancaq, tək, təkcə, bircə) səni çağırmışam.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti