1. İlin dörddə biri; üçaylıq, rüb. □ Kvartal planı. İlin birinci kvartalı. İkinci kvartalın hesabatı.
2. Arxaizm. 1862-ci ilə qədər Rusiyada şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi.
3. Arxaizm. Keçmişdə canlı dildə səhv olaraq “polis nəfəri, polis məmuru” mənasında da işlənmişdir. □ Dolanır bazarı darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal. (Q.Zakir).
4. Meşənin, tarlanın, üzümlüyün və s.-nin kvadrat şəklində bölündüyü sahələrdən biri.