Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kütləvi informasiya vasitələrinin təsnifatı

Kütləvi informasiya vasitələrinin mü­əyyən ümumi əlamətlərə görə qruplara bölgü sistemi.

K.İ.V.T. ən müxtəlif əla­mət­lər əsasında (mülkiyyət, təsis, istehsal və yayım forması, yayım zonası, auditoriya, həcm, dövrilik və s.) aparılır. Ən geniş təsnifat sistemində KİV informasiyanın təq­dimat üsuluna və bir sıra digər key­fiyyətlərinə görə mətbuat (qəzet, ­jurnal, məcmuə və s.), audiovizual KİV (televiziya, radio), informasiya xidmətləri (agentliklər), internet-media (sayt, portal və s.) kimi baza qruplarına ayrılır.

Jurnalistika terminləri lüğəti