Reklam
Reklam

Məsəllər, deyimlər

FRANSIZ XALQI KEF ELƏYİR

►Ətrafda baş verənləri vecinə almadan öz kefində olan, həyatın mənasını əyləncədə görənlər haqqında işlədilən ifadə.

İfadə «Azərbaycanfilm»in istehsalı olan «Şərikli çörək» filmindəki (1969) bir epizodla əlaqədar yaranmışdır.

Binanın həyətinə gələn fokusgöstərən aparat vasitəsilə müxtəlif fotolar nümayiş etdirir. O bu xidmət üçün izahsız iki manat, izahlı olaraq üç manat alır. Təsvirlər nümayiş etdirilərkən həmin şəxs «Jeneva şəhəri», «Madam-madmazel», «Baden-Badenin mavi gecələri» kimi ifadələr işlədir. Əlində çətirlə şəhərin üzərində havada təsvir edilən kişi rəsmini isə «Fransız xalqı kef eləyir» deyərək şərh edir.

İndi də adamlar əyləncə yerlərində, ziyafətlərdə bir-birini görərkən «fransız xalqı kef eləyir», yaxud «Paris əhli kefdədir» ifadələrini işlədirlər.

Məsəllər, deyimlər