Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

elmi-texniki tərəqqi (ETT)

Elmin nailiyyətlərinin, yeni texnika və texnologiyaların tətbiqi nəticəsində istehsal prosesinin səmərəliliyinin və keyfiyyətinin artırılması, maddi rifahın yüksəldilməsi.

ETT-nin birinci mərhələsi XVI-XVIII əsrləri (manufakturaların, ticarətin, gəmiçiliyin inkişafı və s.) əhatə edir, ikinci mərhələsi XVIII əsrin sonlarından buxar mühərrikinin yaradılması, maşınqayırmanın inkişafı ilə başlanıb. XX əsrin II yarısından ETT-nin əsas hərəkətverici qüvvəsi elmi-texniki inqilab olub. İqtisadi ədəbiyyatda ETT əvəzinə daha çox “innovasiya” terminindən istifadə edilir.

Coğrafiya terminləri lüğəti