►«Etibarlı müdafiə olunmaq, güvənli yerdə olmaq» mənasında işlədilən ifadə.
İfadə düşməndən qorunmaq üçün hasarların tikilməsi ilə bağlı yaranmışdır.
Keçmişdə düşmənlərdən qorunmaq üçün şəhərlərin ətrafında qalın hasarlar inşa edirdilər. Daş və kərpicdən tikilən hasarlar xüsusən möhkəm olur, düşmən hücumlarından etibarlı müdafiə olunmağa və uzunmüddətli mühasirəyə tab gətirməyə kömək edirdi.
Zaman keçdikcə ifadə daha geniş məna qazanmağa başladı: dayaq, insanı əlavə çətinliklərdən qoruyan yüksək təbəqə, yaxud hüquqi sənədin himayəsi altında rahat yaşamaq və s.
«Daş hasar arxasında» ifadəsinin sinonimi kimi bu günümüzdə daha çox «himayə altında» ifadəsi işlədilir.
Məsəllər, deyimlər