Reklam
Reklam

Məsəllər, deyimlər

CƏNNƏTİN QƏBZİ

►Cahilliyə, mövhumata və dini fanatizmə qarşı eyhamla işlədilən ifadə.

İfadə öz mənşəyini orta əsrlər Avropasında kilsənin yaydığı və guya cənnətə düşmək üçün xüsusi imtiyazlar verən fərmandan götürür.

Roma papası III İnnokentinin (1198–1216) zamanında «Günahların bağışlanması haqqında» kilsə fərmanı (indulgensiya) imzalanmışdır. Guya həmin indulgensiyanı (bu söz başqa dillərə «cənnətin qəbzi» kimi tərcümə olunmuşdur) kim alsa, Allah onun bütün günahlarını bağışlar və o adam cənnətə gedərmiş.

İnsanlar indulgensiyanı – cənnət qəbzlərini kilsə qarşısında elədikləri xidmətlər və ya müəyyən pul müqabilində ala bilərdilər. İstənilən şəxs qəbzi həm özü, həm də dünyasını dəyişmiş başqa birisi üçün ala bilərmiş. Məhz cənnət qəbzləri protestantizmin yaranmasının və reformasiyanın əsasını qoymuşdu.

Azərbaycan dilində bu ifadə Yusif Vәzir Çәmənzәminlinin (1887–1943) «Cənnətin qəbzi» hekayәsindən sonra məşhurlaşıb. Yazıçı bu hekayədə Şeyxlər məscidinin axundu Ələsgər ağadan «cənnətin qəbzini» almaqdan ötrü ağır zülm çəkən başmaqçı usta Ağabalanın faciəsini təsvir etməklə, əslində, cəhaləti, insanların avamlığını tənqid atəşinə tutur.

Məsəllər, deyimlər