Reklam
Reklam

Məsəllər, deyimlər

ANASININ QARNINDA ÖYRӘNMӘK

►Çox kiçik yaşında, lap körpә ikәn bilmәk, çox şeydən xәbәrdar olmaq.

İfadə səmavi dinlərlə bağlı rəvayətlərdən qaynaqlanır.

Rəvayətə görə, guya İsa peyğәmbәr hələ anasının qarnında ikәn «Tövrat»ı vә «İncil»i öyrәnmişdi.

Türk xalqlarının ulu babası, әfsanәvi Oğuz haqqında rәvayәtlәrdәn birindә göstәrilir ki, o, hәlә anasının qarnında Allahın adını öyrәnib zikr edirdi.

İfadә әdәbi-bәdii dilimizdә müxtәlif şәkillәrdә işlәnir. Әli Vәliyevin «Budağın xatirәlәri» romanında deyilir: «...Bәylәr mәsul vәzifәlәri idarә elәmәyi analarının qarnında öyrәnmәmişdilәr».

Məsəllər, deyimlər