Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

alınma şəkilçilər

Başqa dillərdən alınan şəkilçilər.

Azər­baycan dilində işlənən ərəb-fars mənşəli alınma şə­kil­çilərin bir çoxu alınma sözlərin şəkilçiyə çevrilməsi nə­ti­cəsində əmələ gəlmişdir. Məsələn, -kar (xilaskar), -xana (ki­tabxana), -dar (hökmdar), -pərvər (vətənpərvər) kimi şəkilçilər alınma mənbəyində leksik mənaya malik müstəqil sözlərdir. Adətən, alınma sözlər özləri ilə bərabər alınma şəkilçilər də gətirir; məs.: a-normal, anti-faşist, separat-izm və s. Azərbaycan dilindəki alınma şəkilçilər bir cür yazılan şəkilçilərdir. Alınma şəkilçilərin hamısı leksik şəkilçilərdir. Onların arasında sözönü şəkilçilərə də rast gəlmək olur: na-ümid, bi-tərəf və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti