Xırda su damlaları şəklində atmosfer yağıntısı; yağmur. □ Güclü yağış. Yağış yağmaq. Yağış ara vermir. Arsızın üzünə tüpürüblər, "yağış yağır" demiş. (Atalar sözü). Ər-arvadın savaşı – yaz gününün yağışı. (Atalar sözü).
Həmçinin bax:
1. Üstünə yağ sürtmək, yağ çəkmək. □ Çəkməsini yağlamaq. Yağla yağlayır, sarımsaqla dağlayır. (Atalar sözü).
2. Yaxşı işləmək və ya paslanmamaq üçün yağ sürtmək, yağla silmək. □ Tüfəngi yağlamaq. Maşını yağlamaq.
3. Məcazi mənada: rüşvət vermək, qılığına girməyə çalışmaq, dilə tutmaq.
Həmçinin bax: