1. Səthi düz, üzərində girinti-çıxıntı olmayan. □ Yastı tava daşı. Yastı təpə. Yastı yer.
2. Yatıq, batıq, basılmışkimi olan. □ Yastı burun.
3. Çox qalın və ya hündür olmayan; alçaq. □ Yastı qutu.
Qeyd: yastı... Mürəkkəb sözlərin yastılıq mənasında olan birinci tərkib hissəsi; məsələn, yastıburun, yastıdilli.
Azərbaycan dilinin izahlı lüğəti1. Yatanda baş altına qoyulan, içərisi quş tükü, pambıq və ya hava ilə doldurulan dördkünc kisəcik; balış. □ Pərqu yastıq. Üz yastığı. Ağrımayan baş yastığa gəlməz. (Atalar sözü).
2. Minikdə, mebeldə, yəhərdə yumşaq oturacaq.
3. Elektrotexnika. Maşınların hərlənən və silkələnən hissələri üçün dayaqlıq.
4. Elektrotexnika. Müxtəlif mexanizmlərdə təkanın, zərbənin qüvvəsini azaltmaq üçün onların müxtəlif hissələri altına qoyulan hər cür elastik şey. □ Top yastığı.
5. Elektrotexnika. Arabanın qolu ilə oxu arasına qoyulan ağac. □ Araba yastığı.
6. Qoşqu heyvanının boynunu sürtməmək üçün boyunduruğun iç tərəfinə bənd edilən yastığa oxşar şey.
Həmçinin bax: