İlahiyyat. Ölü üçün oxunan Quran surələrindən birinin adı. □ Yasin oxumaq.
Dialekt. Xalq adətincə ölü yerinə gətirilən yemək şeyi.
Bax: yaslanmaq.
1. Yayılmaq, sərilmək. □ Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. (S.Vurğun).
2. Söykənmək, dayanmaq, sığınmaq. □ Gəl, qəhrəman bala, gəl, körpə aslan; Eşqinlə döyünən sinəmə yaslan. (S.Rüstəm).
Bax: yaslatmaq.
Sərmək, yıxmaq. □ Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. (C.Cabbarlı).
1. Yaxın adamının ölümü münasibətilə yas saxlayan, matəm tutan; matəm əlaməti olaraq qara geyinmiş. □ Yaslı adam.
2. Məcazi mənada: qəmli, kədərli, ələmli. □ Ərmağanım yaslı nəğmə; Bir quş oldum, çıxdım yola. (Ə.Cavad).
Yaslı, matəmli olma.
Körpə (üç yaşına kimi) uşaqlar üçün tərbiyyə müəssisəsi; körpələr evi. □ Yaşları ötmüş qadınlar üçün gecə məktəbimiz var. Yasli bina etmişik. (Ə.Haqverdiyev).
1. Dialekt. Bacarıqsız,fərasətsiz, əlindən iş gəlməyən, fərsiz. □ Yassar adam.
2. Dialekt. Çox çirkin.
Bax: yassarlanmaq.
1. Dialekt. İşə yaramazhala gəlmək; kütləşmək.
2. Dialekt. Çirkinləşmək,pisləşmək.
Dialekt. Bacarıqsızlıq, fərasətsizlik, əlindən iş gəlməmə, fərsizlik.
Bax: yastana.
Dialekt. Dağda, təpədə, dikdirdə, qayalıqda yastı düz yer. □ Alaçığı yastanada qurmaq.