1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. □ Yazıq yarımcandı, ölər, qalmaz.
2. Zərf kimi: ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. □ Heyvanı o qədər vurdu ki, yarımcan oldu.
3. Məcazi mənada: çox yorğun, zəif, üzgün, əldən düşmüş, ölüvay. □ Mən gəldim evə yarımcan. (Ə.Haqverdiyev).
4. Məcazi mənada: könülsüz, həvəssiz. □ İşini yarımcan görür.
Azərbaycan dilinin izahlı lüğəti1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. □ Yarımçıq iş.
2. Zərf kimi: sona, axıra çatdırılmamış; natamam, bitməmiş. □ Kitabı yarımçıq qoymaq (axıra qədər oxumamaq). İşini yarımçıq qoyub getmək.
3. Dolu olmayan, başı yarımçıq olan. □ Yarımçıq qab.
4. Məcazi mənada: sənətini yaxşı bilməyən, bir şey haqqında lazımınca məlumatı, biliyi olmayan adam haqqında. □ Anlayana da can qurban, anlamayana da; Dad yarımçıq əlindən. (Atalar sözü).
5. Məcazi mənada: məsələni axıra qədər həll etməyən, ardıcıl olmayan. □ Yarımçıq tədbir. Yarımçıq islahat. Yarımçıq vədlər.
Həmçinin bax: