1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. □ Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla bir-birinə yapışdırmaq.
2. Qaynaq vermək, qaynaq vasitəsilə bir-birinə bitişdirmək, qaynaq etmək. □ Boruları bir-birinə yapışdırmaq. Çaydanın lüləyini yerinə yapışdırmaq.
3. Məcazi mənada: calamaq. □ Sözü sözə yapışdırmaq.
4. Sıx yaxınlaşdırmaq, təmas etdirmək. □ Xavər qolunu uşağının boynuna sarıyaraq qucaqlamış və üzünü üzünə yapışdıraraq fikrə getmişdi. (M.İbrahimov).
5. Məcazi mənada: vurmaq, ilişdirmək, çəkmək. □ Çoban canavarın belinə bir çomaq yapışdırdı.
Həmçinin bax:
1. Bir-birinə yapışmış, bitişmiş. □ Ətə yapışıq dəri. Bir-birinə yapışıq kağız.
2. Sıx yaxınlaşdırılmış, lap yapışdırılmış; yanaşı, qonşu. □ Məktəbə yapışıq klub binası. Bir-birinə yapışıq divarlar.
3. Məcazi mənada: özünə qarşı xoş meyil oyatma xüsusiyyəti, qanışirinlik, xoşa gəlmə, ürəyə yatma. □ Yapışığı yoxdur.
Azərbaycan dilinin izahlı lüğəti1. Yanaşı, lap yaxın, bir-birinə təmas edəcək dərəcədə yaxın; qonşu. □ Əmrahgilin evi Səlminazgilin evinə yapışıqlı idi.
2. Yapışığı olan, xoşagələn, ürəyəyatan, yatımlı, qanışirin, suyuşirin, cazibəli. □ Gülər ortaboylu, incə və zərif, yapışıqlı bir qız idi. (C.Cabbarlı).
Azərbaycan dilinin izahlı lüğəti