Can yandırma, canıyananlıq göstərmə, biri üçün əlləşib-çalışma. □ Düzü, Murtuzaya elədikləri yaxşılıqları görəndən sonra, Gülqədəmə hörmətim birə yüz artdı. Bu ürəkdə, bu yanımlıqda arvad az-az olar. (Ə.Vəliyev).
1. Öz yanı ilə, yanında, özü ilə bərabər. □ Oğlunu yanınca aparmaq.
2. Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana. □ Yanınca getmək. Yanınca qaçmaq.
3. ...boyu, ...boyunca. □ Sahil yanınca. Divar yanınca.
Bax: yan-yanı.
Arxaizm. Yanakı (papağın başa qoyulması tərzi). □ Papağı yanqılıcı qoymaq.
Bax: yanlamaq.
Yan almaq, yanaşmaq, yaxınına, yanına gəlmək, yaxınlaşmaq. □ ...Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi. (Ə.Vəliyev).
Yanı, tərəfi olan.
Bir şeyin yan hissəsində olan şey; yan hissəsi; bir şeyin yanını təşkil edən, yanına qoyulan, əlavə edilən şey. □ Alaçığın yanlığı. Çiçəyin yanlığı.
Yanlığı olan. □ Yanlıqlı araba.
Yanlığı olmayan.
1. Düzgün olmayan, doğru olmayan; səhv. □ Yanlış məlumat. Yanlış söz. Yanlış fikir.
2. İsim kimi: səhv, qələt, xata. □ Yanlışlarını düzəltmək. Yanlışını tutmaq. Yanlış etdim. Bu yazının yanlışı çoxdur. Yanlış da bir naxışdır. (Atalar sözü).
Yanlış (səhv, qələt) olan.
Səhv etmə, xata və səhv etmə, yanlış söz və ya hərəkət; səhv, qələt. □ Onun sözündə bir yanlışlıq var.
Səhvsiz, qələtsiz; düzgün. □ Yanlışsız yazı.
Səhvsizlik, qələtsizlik.