1. Yanmış şey. □ Yanıq qoxusu. Yanıq dadı.
2. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə; yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. □ Əlinin yanığı. Üzündə bir yanıq var.
3. Sifət kimi: susuzluqdan qurumuş, yanmış. □ Qurudu Əjdərin yanıq boğazı; Dolandı başına çiçəkli yazı. (H.K.Sanılı).
4. Sifət kimi məcazi mənada: dərdli, qəmli, ürəyində dərdi olan; yanıqlı. □ ...tez əlini qoynuna soxdu və məktubu yanıq ürəyi üzərinə sıxaraq yeridi. (A.Şaiq).
5. Sifət kimi: cılız, zəif, sısqa.
Həmçinin bax:
1. Yanmış yeri olan, yanığı olan.
2. Məcazi mənada: birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). □ Çoban padşahın əlindən çox yanıqlı idi.
3. Məcazi mənada: kədərli, ələmli, qüssəli, qəmli, həzin; kədər gətirən, təsirli. □ Yanıqlı hava. Yanıqlı səs.
4. Zərf kimi: yanıqlı-yanıqlı, həzin-həzin. □ Yanıqlı oxumaq.
Həmçinin bax:
1. Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. □ Çox danışan çox yanılar. (Atalar sözü).
2. Bir şey və ya adam haqqında yanlış fikirdə olmaq, düzgün təsəvvürü olmamaq. □ Yoldaşım haqda çox yanılmışammış.
Həmçinin bax: