Reklam
Reklam

Все словари

ventilyasiya [ventilyasiya] isim lat. ventus – külək

Qapalı məkanın havasını xüsusi cihazlar – ventilyatorlar və s. vasitəsilə dəyişmə prosesi; havalandırma. □ Ventilyasiya sistemi.

Azərbaycan dilinin izahlı lüğəti

verbal [verbal] sifət lat. verbum – söz

Hər hansı mətləbin, mənanın yalnız sözlə ifadəsi. □ Verbal məntiq.

Həmçinin bax:

jurnalistika: qeyri-verbal kommunikasiya jurnalistika: qeyri-verbal ünsiyyət jurnalistika: verbal informasiya jurnalistika: verbal kommunikasiya jurnalistika: verbal ünsiyyət Azərbaycan dilinin izahlı lüğəti

vernisaj [vernisaj] isim fr. vernissagehərf. lak çəkmə, parıltı, zahiri bəzək

İncəsənət. Xüsusi dəvət olunmuş rəssamların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düzənlənən sərgi. □ Maraqlı vernisaj.

Azərbaycan dilinin izahlı lüğəti

versiya [versiya] isim lat. versare – şəkli dəyişdirmək

Eyni hadisənin və ya faktın bir neçə, bir-birindən fərqli nəqli, izahı; mülahizə, yozum. □ Qəza haqqında versiyalar.

Azərbaycan dilinin izahlı lüğəti

vestern [vestern] isim ing. western – kovboy filmi < west – qərb

Ədəbiyyatşünaslıq. Teatr-kino. Dünya ədəbiyyatı və kinosunda ötən əsrlərdə Şimali Amerikadakı macəralardan bəhs edən populyar əsərlər. □ Vestern ədəbiyyatının ən görkəmli nümayəndəsi F.Kuperdir.

Azərbaycan dilinin izahlı lüğəti

vestibül [vestibül] isim lat. vestibulum – dəhliz

İctimai binaların (məs.: muzey, teatr və s.) girişində geniş yer. □ Məktəbin vestibülü.

Azərbaycan dilinin izahlı lüğəti

veteran [veteran] isim lat. veteranus – qoca əsgər

Müharibə iştirakçısı; bir sahədə uzun müddət çalışmış, zəngin təcrübəsi olan şəxs. □ Müharibə veteranı. Veteran müəllim.

Azərbaycan dilinin izahlı lüğəti

veto [veto] isim lat. veto – qadağan edirəm

Hüquq. Etiraz, dayandırma, məhdudlaşdırma; hansısa ümumi qərarın qəbuluna etiraz; bir subyektin qəbul etdiyi qərara başqa subyektin qoyduğu mütləq və ya şərti qadağa. □ “Veto” termini Roma respublikasının ilk illərində – Y.Brutun dövründə yaranmışdır.

Həmçinin bax:

frazeologizm: veto qoymaq Azərbaycan dilinin izahlı lüğəti

vəhabi [vəha:bi] isim ər. – vahid Allah

İlahiyyat. Ortodoksal islamda əsas ehkamı vahid Allaha inam olan dini-siyasi cərəyanın, məzhəbin tərəfdarı, daşıyıcısı. □ Vəhabilər Quranı qəbul etsələr də, islam dinində müqəddəslərə pərəstişi, dərvişliyi və s.-ni rədd edirlər.

Azərbaycan dilinin izahlı lüğəti

vəkalətnamə [vəka:lətna:mə] isim ərəb

Bir şəxsin və ya qurumun adından iş görmək, həmin şəxsi və ya qurumu təmsil etmək üçün səlahiyyət verən sənəd, vəsiqə. □ Vəkalətnaməni imzalamaq.

Azərbaycan dilinin izahlı lüğəti

vəqf [vək'f] isim ər. – əmlak

1. Savab, xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı mülk. □ Vəqfi idarə etmək.

2. Təşkilat, struktur, qurum, fond. □ Dini işlər üzrə vəqf.

Azərbaycan dilinin izahlı lüğəti

vəsatət [vəsa:tət] isim ər. – tələb etmək

1. Tələb, istək, iddia. □ Vəsatət qaldırmaq.

2. Havadar çıxma, kömək etmə; vasitəçilik. □ Vəsatət vermək.

Azərbaycan dilinin izahlı lüğəti

vibrasiya [vibrasiya] isim lat. vibratio – hərf.  titrəmə, əsmə

Hər hansı mexaniki təsir nəticəsində yaranan ardıcıl və davamlı titrəyiş; insan səsində və simli musiqi alətlərində titrəyiş nəticəsində səs tonunun artıb-azalması. □ Telefonu vibrasiya rejiminə qoymaq.

Həmçinin bax:

jurnalistika: vibrasiyalı kamera Azərbaycan dilinin izahlı lüğəti

villa [villa] isim lat. villa – mülk, malikanə

Həyətyanı sahəsi, bağı, yaxud parkı olan şəhərkənarı ev tipi. □ Şəhərin ən yaxşı hissəsində, yaxud şəhər ətrafında, habelə kurort yerində bağı və ya rahatlığı olan şəxsi evə də villa deyilir.

Azərbaycan dilinin izahlı lüğəti

VİP [vi-ay-pi] abreviatura ing. VIP Very Important Personabr. çox vacib şəxs

Xüsusi əhəmiyyətli, yüksəkvəzifəli şəxslər və həmin şəxslər üçün nəzərdə tutulmuş yer, xidmət haqqında deyilən ifadə. □ VİP keçid. VİP salon.

Azərbaycan dilinin izahlı lüğəti