1. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – bir şeylə lazımi dərəcədə təchiz etmək, lazım olan bütün şeyləri vermək. □ ..Bir də kaşanə gərək məsrəf üçün; Hər nə lazımsa edərlər təmin. (H.Cavid).
2. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – inandırmaq, qane etmək. □ Bu cavab Salamı təmin etmirdi. (Mir Cəlal).
3. Adətən “etmək”, “edilmək” köməkçi feilləri ilə – bir şeyi həyata keçirmək üçün lazımi şərait yaratmaq. □ ..Şuraların yardımı ilə istiqlaliyyətimizi təmin və ingilisləri məhv edəcəyik. (Y.V.Çəmənzəminli).
1. Birisinin həyatını təmin etmək üçün ona verilən pul, maddi vəsait və s. □ Aslan da düşünərək, çalışaraq ailəsinə təminat yolu tapmışdı. (A.Şaiq).
2. Bir şeyin qorunub saxlanmasını, yerinə yetirilməsini, həyata keçirilməsini təmin edən amillər; zəmanət. □ Eyvazın dəstənin başında durması mənim üçün bir təminatdır. (C.Cabbarlı).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda təmir, təmir işləri mənalarında işlənmişdir. □ ..yanğından saxlanılmış, xırda təmiratla ala-yarımçıq süs verilmiş bir otağa girdilər. (Y.V.Çəmənzəminli).
2. Arxaizm. Klassik ədəbiyyatda binalar, tikililər mənalarında işlənmişdir. □ ..Təmirat hamısı oddandır. (Ə.Haqverdiyev).