1. Arzu, istək, dilək, xahiş. □ Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən; Şişməyə başladı indi üzü qarə cigərim. (M.Ə.Sabir).
2. Müəyyən məqsədlə edilən yaxşılıq, kömək. □ O heç bir kəsin təmənnasını qəbul etmir. (Ə.Vəliyev).
3. Arzu olunan şey, tələb, məqsəd. □ ..Sənin Turaclıya nə təmənna ilə gəldiyin də mənə məlumdur. (Ə.Vəliyev).