1. Keçmişdə padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. □ Saray təlxəyi. Təlxəklər bütün kələklərini meydana qoydular. (Y.V.Çəmənzəminli).
2. Keçmişdə meydanlarda, küçələrdə və s. yerlərdə gülməli nömrələr göstərən, adamları güldürən, əyləndirən, zarafatcıl adam; oyunbaz. □ ..istedadlı bir təlxək idi, həm özü gülürdü, həm də başqalarını güldürürdü. (M.Hüseyn).
1. Öyrətmə, dərs vermə, oxutma, tədris. □ Zərdabi Azərbaycan dilində təlimə xüsusi diqqət verirdi.
2. Qoşun və s. nizami bölmələrdə əsgərə döyüş və silah işlətmə üsul və qaydalarını öyrətmə; əsgəri məşq. □ Atəş təlimi. Topçuluq təlimi.
3. Hər hansı bir sahə haqqında nəzəriyyə, nəzəri sistem, nəzəri müddəaların məcmusu.
4. Hər hansı bir alimin, mütəfəkkirin əsas müddəaları, görüşlərinin məcmusu, görüşlər sistemi. □ H.Zərdabinin təbiət haqqındakı təlimi.
1. Dövlət, kooperativ və ya ictimai təşkilatların, öz tabeliklərində olan idarələrin və işçilərin fəaliyyətini yoxlayan və işi necə qurmaq haqqında onlara göstəriş verən işçisi. □ Seçki günü camaat toplandı, mərkəzdən gələn təlimatçı nitq söylədi və nitqdə kəndin ümum qadınlarının seçkidə ciddi iştirakını tələb etdi. (B.Talıblı).
2. Müəyyən sənət, ixtisas öyrədən adam. □ İstehsalat təlimi təlimatçısı. İdman təlimatçısı.