1. Təkcə, ayrıca, yalqız. □ Şair təklikdə oturub, saatlarla xəyala dalmağı da çox sevirdi. (S.Rəhimov).
2. Başqasının və ya başqalarının köməyi olmadan; təkbətək, tək özü, təkbaşına. □ Sülü təklikdə Əliqulu ilə bacarmadı, Əliqulu yerdən qalxıb Sülüyə bir ağac vurdu. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir lüləsi olan tüfəng, ya tapança. □ Qarakişi .. gah Şahmara, gah Yusifə, gah da təklüləsinə baxıb qapıdan çıxdı. (B.Bayramov).
2. Sifət kimi: bir lüləsi olan. □ ..özünə bir dəst yaxşı ov paltarı, rezin çəkmə və bir təklülə qatlama tüfəng almışdı. (M.Rzaquluzadə).
1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq. □ Acın gözü çörək təknəsində olar. (Atalar sözü).
2. Ekskavatorun çalovu. □ Yarım ton ağırlığında olan təknə yüngül bir top kimi bir tərəfdən o biri tərəfə tullanırdı. (Ə.Sadıq).
3. Bir təknə tutan miqdar. □ İki təknə buğda. Üç təknə un.
1. Bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. □ Məqalədə təkrar çoxdur.
2. Zərf kimi: bir işi bir daha, yenidən görmə, bir neçə dəfə etmə; bir sözü bir daha, yenidən söyləmə. □ Kazım əllərini təkrar döşünə qoyub baş əydi, sonra dizi üstə döşəkçəsinin üstündə oturdu. (Y.V.Çəmənzəminli).
3. Dərsi və ya başqa bir şeyi daha dərindən mənimsəmək üçün təkrarən oxumaq. □ Təkrar biliyin anasıdır. (Atalar sözü).
Həmçinin bax: